36 yaşlı kişi faciəvi şəkildə öldü

21:11 - 19 Yanvar 2024

36 yaşlı kişi faciəvi şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib.

 

Manset.az  oxu.az-a istinadən xəbər verir ki, Rayonun Nizami kəndində 36 yaşlı kişinin meyiti hamam otağında aşkarlanıb.

Mərhumun atası hadisənin təfərrüatından danışıb: "Kinoya baxırdıq. Dedi, çimməyə gedirəm. Yarım saat sonra qapını açdım ki, yerə yıxılıb".

Qeyd edək ki, hadisə baş verən evdə ata və oğul birgə yaşayırmış. Həyatını itirən Tural Namazov kənddə bərbərlik fəaliyyəti ilə məşğul olurmuş. Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin