Bakıda 56 yaşlı qadını maşın vurdu

09:20 - 28 Aprel 2024

Bakıda 56 yaşlı qadını maşın vurdu

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin