Sədərəkdə sursat partladı - Ölənlər var - YENİLƏNDİ

21:15 - 28 Aprel 2024

Sədərəkdə sursat partladı - Ölənlər var - YENİLƏNDİ

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində həlak olan şəxslər rayon qəbirstanlığında dəfn ediliblər.

 

Manset.az xəbər verir ki, dəfndə rayon ictimaiyyəti iştirak edib.

Xatırladaq ki, bu gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olublar.

17:18

Bu gün Naxçıvanın Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin