İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb

20:34 - 27 Aprel 2024

İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb

İmişli-Biləsuvar avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində xəsarət alanların sayı artıb.

 

Manset.az  report.az-a istinadən xəbər verir ki, qəzada xəsarət alan daha bir nəfər - 1976-ci il təvəllüdlü Sənan Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bununla da avtoqəza nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.

Qeyd edək ki, hadisə bu gün İmişli-Biləsuvar avtomobil yolunda qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırmalar aparılır.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin