Bakıda minik avtomobili "KamAZ"la toqquşdu - Yaralılar var

09:15 - 27 Aprel 2024

Bakıda minik avtomobili

Bakının Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az report-a istinadən xəbər verir ki, taksi fəaliyyəti göstərən minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər - 1988-ci il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və həmyaşıdı Cavadov Nurlan Zülfüqar oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin