Ermənistanda delimitasiyaya etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağladı

15:01 - 28 Aprel 2024

Ermənistanda delimitasiyaya etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağladı

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.

 

Manset.az-ın APA-ya istinadən xəbərinə görə, polis əməkdaşlarının səylərinə baxmayaraq hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.


Xəbər xətti

13 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin