Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarıldı

16:59 - 28 Aprel 2024

Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarıldı

Göygöldə çətin keçilən ərazidən meyiti tapılan şəxsin kimliyi məlum olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, meyiti aşkarlanan Qızılca kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramovdur.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən verilən xəbərə görə, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

13 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin