Müharibədən sonra 356 nəfər mina qurbanı oldu - FOTO

22:00 - 27 Aprel 2024

Müharibədən sonra 356 nəfər mina qurbanı oldu - FOTO

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabında paylaşdığı fotoda qeyd olunub.

Bildirilib ki, minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb. Qeyd olunub ki, həlak olanların 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların isə 126-sı mülki şəxs, 165-i hərbi qulluqçudur.

Qeyd olunub ki, ümumilikdə 1991-ci ildən bu günə kimi 3 435 nəfər minadan zərərçəkən kimi qeyd alınıb. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.



Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin