Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəldi

16:47 - 27 Aprel 2024

Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəldi

Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulub.

 

Manset.az xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev 1/4 finala, Elcan Hacıyev yarımfinala qədər irəliləyib.

Yarımfinala adlayan digər idmançımız Zelim Kotsoyev isə 100 kq çəkidə bu uğura imza atıb.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin