Kiyev İstanbulda razılaşmanı buna görə rədd etdi - Peskov

21:13 - 27 Aprel 2024

Kiyev İstanbulda razılaşmanı buna görə rədd etdi - Peskov

Kiyev Rusiya və Ukrayna arasında sülhü təmin etmək üçün İstanbulda tərəflərin parafladıqları müqaviləni Londonun birbaşa təzyiqi ilə imzalamaqdan imtina edib.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, hazırda danışıqlar üçün heç bir proqnoz yoxdur:

"Çünki Ukraynanın danışıqları qəbul etməməsi ilə bağlı mövqeyini hamı bilir. Bu səbəbdən xüsusi hərbi əməliyyat davam edir".

Həmçinin Peskov əlavə edib ki, Prezident Vladimir Putinin İstanbul danışıqları ilə bağlı fikri hamıya məlumdur:

"Putin Rusiya ilə Ukrayna arasında İstanbulda əldə olunan razılaşmanın sülh danışıqlarının yenilənməsi üçün əsas ola biləcəyini bildirmişdi".


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin