"Sumqayıt" - "Qarabağ" oyununa satılan biletlərin sayı açıqlandı

11:17 - 28 Aprel 2024

Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçına indiyədək 6 000-ə yaxın bilet satılıb.

 

Manset.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

Onun sözlərinə görə, qalan biletlər 2 manatlıq sektorlara aiddir: "Saat 12:00-dan sonra kassa açılacaq və qarşılaşmanın start fitinədək fəaliyyətdə olacaq. Düşünürəm ki, bu müddətdə də bütün biletləri sata bilərik. Satışda təxninən 2 minədək bilet qalıb".

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin