Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan qadın xilas edildi - VİDEO

18:12 - 27 Aprel 2024

Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan qadın xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq  ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Manset.az  FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər 1 km hündürlüyü olan ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin