Bakıda qızıl mağazasından oğurluq olub - VİDEO

14:32 - 27 Aprel 2024

Bakıda qızıl mağazasından oğurluq olub - VİDEO

Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.

Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin