Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirdi

16:16 - 28 Aprel 2024

Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirdi

Kreml Polşanın öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlamasına münasibət bildirib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın həmişə arabadan öndə olmağa çalışdığını söyləyib.

"Mənə elə gəlir ki, hətta bu bəyanatlar ABŞ-də və bir sıra digər Avropa paytaxtlarında qorxuya səbəb olub, çünki onlar belə planlarının olmadığını söyləməyə tələsiblər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Polşa prezidenti Anjey Duda "Fakt" nəşrinə müsahibəsində hakimiyyətin ölkə ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirməyə hazır olduğunu söyləyib.


Xəbər xətti

13 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin