Sabahın havası AÇIQLANDI

12:32 - 20 Yanvar 2023

Sabahın havası AÇIQLANDI

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, duman olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin