Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər ölüb

22:40 - 25 Aprel 2024

Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər ölüb

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.

 

Manset.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Kasim Macaliva deyib.

"51 mindən çox təsərrüfat və 200 min insan zərər çəkib. 155 nəfər həlak olub, 236 nəfər yaralanıb, 10 mindən çox evə müxtəlif dərəcəli ziyan dəyib", - deyə o bildirib.

K.Macalivanın sözlərinə görə, əkin sahələri, eləcə də infrastruktur - körpülər, avtomobil yolları və dəmir yolları məhv edilib. Yağışların dağıdıcı nəticələrinin əsas səbəbi insanın təsərrüfat fəaliyyətinin ətraf mühitə zərərli təsiri, meşələrin qırılması, xüsusilə dağ yamaclarında və çay sahillərindədir.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin