Azərbaycanla Qambiya arasında viza aradan qaldırıldı - FOTO

23:25 - 4 May 2024

Azərbaycanla Qambiya arasında viza aradan qaldırıldı - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Görüş zamanı iki ölkə arasında diplomatik passport sahibləri üçün viza tələbinin aradan qaldırılması barəsə saziş nazirlər tərəfindən imzalanıb.

Həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin