Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO

19:48 - 4 May 2024

Orxan Lökbatanlı SÖZ VERDİ:

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm".

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək.

İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən" sualına "Yox, bitdi" cavabını verib.

O.Lökbatanlı "Söz verirəm, Rəşad Dağlı azad olunanda meyxana deyəcəyəm" deyə, əlavə edib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin