"Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm" - Qurban Qurbanov

22:50 - 4 May 2024

Oyunçulardan razı qaldım.

 

Manset.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXIII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis 5:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib: "Oyunçulardan razı qaldım. Amma daha yaxşı ola bilərdik. Bəzi səhvlərimiz oldu. Bəlkə də mən "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm. Çünki onlar bu cür matçlara fərqli yanaşırlar. Məğlubiyyətə baxmayaraq, "ağ-qaralar" böyük klubdur. Hər bir komandanın eniş dövrü olur. Biz də buna hazırlaşmalıyıq".


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin