Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024
20:59 - 4 May 2024
İsrailin Qəzzadakı müharibəsinə son qoymaq üçün üç aylıq danışıqlarda irəliyə doğru bir neçə addım atılıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan deyib.
“Düşünürəm ki, vasitəçilər, Misir və Qətərdəki qardaşlarımız yaxşı iş görürlər. Ona görə də biz hələ də əsas məqsədə - tam atəşkəs və qoşunların Qəzzadan çıxarılmasına nail olacağımıza ümid edirik”, - deyə o bildirib.
Həmdan əlavə edib ki, müharibəni yalnız ABŞ bitirə bilər:
“Biz ABŞ-ın real mövqeyi haqqında danışmalıyıq, çünki bu, israillilərin, əsasən də Netanyahunun mövqeyinə təsir edəcək əsas məsələdir. Əgər ABŞ Netanyahuya açıq şəkildə desə ki, kifayətdir, sizi əmin edirəm ki, müharibə bitəcək!”
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin