Bakıda məişət tullantıları yandı - 1 nəfərin meyiti tapıldı

09:40 - 5 May 2024

Bakıda məişət tullantıları yandı - 1 nəfərin meyiti tapıldı

Bakının Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin