Prokurorluq Sabunçuda baş verən qətllə bağlı məlumat yaydı

17:45 - 5 May 2024

Prokurorluq Sabunçuda baş verən qətllə bağlı məlumat yaydı

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Sabunçu rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin