Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi

19:00 - 5 May 2024

Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi

Məşhur amerikalı müğənni Madonnanın konserti üçün Braziliyanın Kopakabana çimərliyinə təxminən 1,6 milyon insan toplaşıb.

 

Manset.az xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.

Bildirilib ki, “Celebration World Tour”un yekun konsertində iştirak etmək pulsuz olub.

Qeyd olunur ki, təkcə çimərlik deyil, həm də Rio-de-Janeyroya bitişik küçələr insanlarla dolu idi.

Rio-de-Janeyroda havanın temperaturu gün ərzində 30 dərəcəyə, konsert zamanı isə 27 dərəcəyə çatdığı üçün içməli su konsertə gələnlərə pulsuz paylanılıb.

65 yaşlı ifaçının iki saatdan çox davam edən konsertində üç mindən çox polis əməkdaşı çalışıb. Ştat və şəhər hakimiyyət orqanları konsertin təşkili üçün təxminən 3,94 milyon dollar xərclədiklərini deyirlər. Qalan xərclər özəl investorlar tərəfindən ödənilib.  ///Qafqazinfo


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin