İsrail və HAMAS arasındakı Qahirə danışıqları başa çatdı

14:17 - 5 May 2024

İsrail və HAMAS arasındakı Qahirə danışıqları başa çatdı

İsrail və HAMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “CBS News” telekanalı məıumat yayıb.

Qeyd olunub ki, İsrail Fələstin tərəfinin 6 günlük atəşkəs təklifinə cavab verənədək müzakirələrə qatılmayacaq.

Xarici mətbuatın yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfə ultimatum göndərərək, Qəzzada hərbi əməliyyatların 7 gün müddətinə dayandırılması razılaşdırılmasa, TSAXAL ordusu Rəfahda hərbi əməliyyatlara başlayacağını bildirib.

Onu da xatırladaq ki, tərəflər HAMAS-ın saxladığı 130 nəfərdən çox girovun azadlığa buraxılması məsələsində də konsensus əldə edə bilməyiblər.

Bu arada, Vaşinqton indiyədək onların çox az hissəsinin həyatda olduğunun ehtimal edildiyini açıqlayıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin