Parisdə 135 ildir fəaliyyətdə olan tarixi klubda qəza - FOTO

12:23 - 26 Aprel 2024

Parisdə 135 ildir fəaliyyətdə olan tarixi klubda qəza - FOTO

Parisdə simvolik kabare klubu “Moulin Rouge”nun məşhur pərvanələri aşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yel dəyirmanının pərvanələri saat 02:00-03:00 radələrində küçəyə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin çökmənin səbəbi hələ müəyyən edilməyib.

Digər tərəfdən, rəsmilər hücum ehtimalının olmadığını açıqlayıb.

Qeyd edək ki, tarixi məkan 135 ildir fəaliyyətdədir. İlk dəfədir ki, bu cür qəza baş verir.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin