Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub - VİDEO

16:41 - 26 Aprel 2024

Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olmaqda şübhəli bilinən 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən Manset.az-a bildirilib.

Vurğulanıb ki, onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan beş kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin