Cəlilabadda qəza - iki nəfər yaralandı

21:12 - 25 Aprel 2024

Cəlilabadda qəza - iki nəfər yaralandı

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin