Elçinlə Aydan barışdı - FOTO

17:19 - 4 May 2024

Elçinlə Aydan barışdı - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb.

 

Manset.az olay-a istinadən xəbər verir ki, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb.

Barışığın təsdiqi kimi digər diqqətçəkən detal isə Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşması olub.

Qeyd edək ki, boşanma xəbərlərindən sonra Elçin tam açıqlama verməmiş, o, bu söhbətlər barədə üstüörtülü danışmışdı. 

Onu da xatırladaq ki, cütlüyün Can adlı bir oğlu var.



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin