Ərdoğan ABŞ-yə səfərini təxirə salıb

20:47 - 26 Aprel 2024

Ərdoğan ABŞ-yə səfərini təxirə salıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika lideri Co Baydenlə görüşməli olduğu ABŞ-yə səfərini təxirə salıb.

 

Manset.az  xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

“Türkiyə rəsmisi bildirib ki, Ərdoğan və Ağ Ev arasında mayın 9-na planlaşdırılan görüş təxirə salınıb”, - nəşr yazıb.

Qeyd edək ki, mart ayında Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən Ərdoğanın Baydenlə görüşmək niyyəti barədə məlumat yayıb.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin