Bu yolda hərəkət məhdudlaşdırılacaq

18:27 - 26 Aprel 2024

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan 28 aprel 22:00-dək Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Manset.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin