Danimarka Ukraynaya hərbi yardımını artıracaq

21:37 - 25 Aprel 2024

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Danimarka hakimiyyəti bu il Ukraynaya hərbi yardımı 630,5 milyon dollar artırmaq niyyətindədir.

 

Manset.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, 2023-cü ildən 2028-ci ilə qədər Danimarkanın Ukraynaya yardımı təxminən 9,3 milyard dollar təşkil edəcək.

“Hökumət və Danimarka parlamentindəki partiyaların böyük əksəriyyəti 2024-cü ildə Ukraynaya hərbi dəstəyi 4,4 milyard kron artırmağa razıdır... Artımla Ukrayna fondu çərçivəsində hərbi dəstəyin ümumi həcmi ümumilikdə 64,8 milyard kron təşkil edəcək”, - deyə məlumatda bildirilir.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin