Taksimdə partlayış törədən qadına hökm oxundu - 1794 il HƏBS

15:08 - 26 Aprel 2024

Taksimdə partlayış törədən qadına hökm oxundu - 1794 il HƏBS

Ötən il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumla bağlı iş üzrə hökm elan edilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, müttəhim Suriya əsilli Əhlam Əlbəşir törətdiyi cinayətlərə görə 7 ağırlaşdırılmış ömürlük və 1794 il həbs cəzasına məhkum edilib.

Belə ki, iddianamədə bombanı yerləşdirən şübhəli Əhlam Əlbəşir üçün 7 ağırlaşdırılmış ömürlük və 1949 il 6 aydan 309 ilə qədər həbs istənilib. Qaçaq şübhəli təşkilat lideri Cəmil Bayıkın da aralarında olduğu digər şübhəlilərin isə 7 qat ağırlaşdırılmış ömürlük və 3 min 16 il 6 aya qədər həbs cəzası istənilib.

İttiham aktında bu əməli törədən 36 təqsirləndirilən şəxs barəsində deyilir:

“Dövlətin birliyini və ərazi bütövlüyünü pozma, silahlı terror təşkilatı yaratma və ya ona rəhbərlik etmə, silahlı terror təşkilatına üzv olma, uşaqlara qarşı bombalayaraq qəsdən adam öldürmə, bombalayaraq qəsdən adam öldürməyə cəhd və s. maddələrlə cəzalandırılması istənilib".


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin