Forbes müxbiri “saxta xəbər”ə görə həbs olundu

16:29 - 26 Aprel 2024

Forbes müxbiri “saxta xəbər”ə görə həbs olundu

Amerikanın biznes jurnalı “Forbes”in rusiyalı müxbiri Sergey Mingazov Rusiya ordusu haqqında “saxta” xəbərlər yaydığı üçün saxlanılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Mingazovun vəkili Konstantin Bubon sosial şəbəkə hesabında açıqlama verib.

O, müvəkkilinin Xabarovskda saxlandığını bildirib.

Bubon qeyd edib ki, Mingazovun saxlanma qərarı, müharibənin ilk həftələrində Ukrayna vətəndaşlarının həlak olduğu Buçada Rusiyanın hərbi cinayətlər törətməsi ilə bağlı nəşrləri yenidən paylaşması səbəbilə verilib.

Rusiya Ukraynaya hücumlara başladıqdan sonra qəbul edilən qanunlar Rusiya ordusu haqqında yalan xəbər yaymaqda təqsirli bilinən şəxslərin uzunmüddətli həbs cəzalarını nəzərdə tutur.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin