Xocavənddə partlayıcı vasitələr aşkar edildi - FOTO

10:13 - 26 Aprel 2024

Xocavənddə partlayıcı vasitələr aşkar edildi - FOTO

Xocavənddə partlayıcı vasitələr aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, dörd TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin