Meksikaya gələn 3 turistin meyiti 15 metrlik quyudan tapıldı

16:59 - 6 May 2024

Meksikaya gələn 3 turistin meyiti 15 metrlik quyudan tapıldı

Meksikaya sörf etmək üçün gələn və ötən həftə yoxa çıxan 3 turistin cansız bədəni başından tapança ilə vurulmuş halda 15 metrlik quyudan tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər, hücumun baş verdiyi yerdən təxminən 6 kilometr aralıda quyuda daha bir cəsədin tapıldığını qeyd edib.

4-cü cəsədin daha uzun müddət orada olduğu müəyyənləşib.

İtkin düşən 3 sörfçülər, avstraliyalı qardaşlar Ceyk və Kallum Robinson və amerikalı Cek Karter Rhoadın cansız bədənləri  quyudan çıxarılıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin