“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTOLAR

11:56 - 6 May 2024

“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTOLAR

“Azərlotereya” növbəti dəfə  “Bakı Marafonu - 2024”ün tərəfdaşı kimi iştirak edərək mötəbər tədbirə dəstək olub.

 

Manset.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında yeddinci dəfə keçirilən marafonun məqsədi ölkəmizdə sağlam həyat tərzinin önəmini vurğulamaq və idmanın inkişafına dəstək göstərməkdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də təşkil olunan marafonda 18 mindən çox iştirakçı qatılıb.

Yarışın əyləncə zonasında “Azərlotereya” stendinə yaxınlaşan qonaqlar üçün bir-birindən maraqlı oyunlar təşkil olunub.  Qazanan iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Yeddinci dəfə keçirilən Bakı Marafonunun start nöqtəsi ilə yanaşı finişi də əvvəlki ildə olduğu kimi Dövlət Bayrağı Meydanında olub və 21 kilometrlik məsafəni əhatə edib.

Böyük coşqu ilə keçən marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşları da qoşulublar.

Qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı, idman mərc oyunları operatoru “Azərlotereya” korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində bundan sonra da ölkə əhəmiyyətli tədbirlərə dəstək olmağa davam edəcək.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin