Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
19 May 2024
12:16 - 6 May 2024
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyi dəqiqləşib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.
Simonyan jurnalistlərin Paşinyanın andiçmə mərasimində iştirak etmək üçün Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı suala “Xeyr” cavabını verib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası öz mənbələrinə istinadən Paşinyanın Putinin andiçmə mərasimində iştirak etməyəcəyini yazmışdı.
Onu da qeyd edək ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin