Eyvandan dama yıxılan qadın xilas edildi - VİDEO

10:49 - 6 May 2024

Eyvandan dama yıxılan qadın xilas edildi - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaş köməksiz vəziyyətdə qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. 

Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin