Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
19 May 2024
00:24 - 6 May 2024
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsindən danışıb.
Manset.az xəbər verir ki, mütəxəssis komandasının çempion olacağına inandığını deyib:
“Bir həftə qaldı. 3 oyun, 9 xal...Biz çempion olacağıq. 6 və ya 7 xal qazansaq, "Arsenal" Premyer Liqanın qalibi olacaq. Top fərqinə çatmaq mümkün deyil. Biz heç-heçə edə bilmərik. "Arsenal" çox yaxşı oynayır. Ümid edirəm ki, çempionatın taleyini öz əlimizə alacağıq”.
Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün bitməsinə 3 oyun qalmış Xosep Qvardiolanın komandası 82 xalla 2-cidir. Lider “Arsenal” "Mançester Siti"ni 1 xal qabaqlayır. "Şəhərlilər" "topçular"dan 1 matç az keçiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin