İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - FOTO
19 May 2024
12:24 - 6 May 2024
İngiltərədə fəaliyyət göstərən "Pretty Little Thing" onlayn moda alış-veriş platformasının qurucusu hind əsilli milyarder Umar Kamani evlənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, milyarder Nada Adellə adlı xanımla ailə qurub. Fransanın cənubunda keçirilən toy dörd gün davam edib.
Toy mərasiminin keçirildiyi dünyaca məşhur lüks Hotel du Cap-Eden-Rocda qonaqlar qəbul edilib.
Toy 25 milyon dollara başa gəlib. Toy günü gəlin Christian Dior moda evinin 540 saat ərzində tikdiyi xüsusi dizaynlı gəlinlik, bəy isə Tom Ford smokin geyinib.
Səhnəyə amerikalı müğənni Mariah Carey və əfsanəvi italyan tenor Andrea Bocelli çıxıb.
Mərasimdə cütlük supermodel Naomi Kempbell, Qırmızı Dəniz Film Festivalı Fondunun baş direktoru Məhəmməd Əl Turki və keçmiş futbolçu Rio Ferdinand kimi məşhurlar dostlarını tək qoymayıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin