"Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb" - Xanlar Vəliyev

17:26 - 26 Aprel 2024

Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Baş prokurorun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında açıqlayıb.

Xanlar Vəliyev vurğulayıb ki, keçən ilin birinci rübü ilə müqayisədə bu ilin eyni dövründə qeydə alınan qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin