SON DƏQİQƏ: Toy karvanı ağır qəzaya uğradı - Ölən və yaralananlar var

11:38 - 3 Mart 2024

SON DƏQİQƏ: Toy karvanı ağır qəzaya uğradı - Ölən və yaralananlar var

Göygöldə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.

 

Manset.az report-a istinadən xəbər verir ki, tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri - 1989-cu il təvəllüdlü Davud Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan şəxs - 1998-ci il təvəllüdlü Ruslan Rüstəmovun müalicəsi davam etdirilir.

Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin