İstanbul Hava Limanı Avropada birinci oldu

20:20 - 28 Aprel 2024

İstanbul Hava Limanı Avropada birinci oldu

İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında Avropanın ən işlək hava limanı olub.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1 424 uçuş həyata keçirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1 314 uçuşla Amsterdam Schiphol, 1 306 reyslə London Hitrou hava limanı izləyib.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin