Əməkdar artistdə SƏRT REAKSİYA: "Başlarından böyük qələt edirlər…"

19:56 - 16 Yanvar 2024

Əməkdar artistdə SƏRT REAKSİYA:

Əməkdar artist Vasif Məhərrəmli ictimai qınağa tuş gəlib.

 

Manset.az xəbər verir ki, sənətçi restoranların birində oturduğu zaman əllərində yemək dolu qablar olan ofisiant onun yanından keçəndə yıxılıb. Müğənni baş verən hadisəyə seyrçi kimi qalıb, yıxılan ofisiantın ayağa qalxmasına kömək etməyib. Yıxılana biganə qalan müğənni sosial şəbəkə izləyiciləri tərəfindən ağır ittiham olunub. Vasif Məhərrəmli “Qaynarinfo”ya açıqlamasında onu ittiham edənlərə ağır cavab verib:

“Məni ittiham edənlər başlarından böyük qələt edirlər. Ofisiant yıxılıb və tez bir zamanda da durub ayağa, məndən üzr istədi. Dedi ki, bağışlayın, sizi narahat etdim və s. Buna nə münasibət bildirməliyəm ki? Hər şey göz qabağındadır. Ofisiant məndən əvvəl qalxıb ayağa”.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin