Fatiməni məhkəməyə verdilər

22:13 - 28 Aprel 2024

Fatiməni məhkəməyə verdilər

Rəqqasə Fatimə Fətəliyeva yenidən məhkəməlik olub.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun biznesidir. Bu haqda sənətçi "Günaydın Azərbaycan" verilişində danışıb. O bildirib ki, gözəllik mərkəzinin adına görə onu məhkəməyə veriblər:

"Əvvəl məclislərə rəqqasə kimi gedirdim. İndi gedə bilmirəm. Böyük bir mərkəzin rəhbəriyəm. İllərdir salonumun adı eynidir. Amma eşitdim ki, məni məhkəməyə veriblər.O gün də məni məhkəməyə dəvət etmişdilər, bir həftə sonraya təxirə düşdü. İki-üç həftə dedilər ki, bu addan istifadə edə bilməzsiniz, bizim lisenziyamız var. Dedim ki, 5-6 ildir salonun adı belədir. 30-a yaxın işçim var, rəqs məktəbim də oradadır. Mən də adını dəyişdim, öz adımı verdim. İlk dəfə xarici adı vermişdim, dedilər xairici olmaz, adını fərqli qoydum. Çoxunuz gözləyirdiniz ki, Fatimə batacaq. Amma mən batmayacağam. Qoç bürcüyəm. Axıra kimi gedəcəyəm".


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin