Azadlığa çıxan Nihal Candan həbsxanada yaşadıqlarını DANIŞDI - VİDEO

00:26 - 29 Aprel 2024

Azadlığa çıxan Nihal Candan həbsxanada yaşadıqlarını DANIŞDI - VİDEO

Altı ay əvvəl ölkəsində çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən Türkiyənin məşhur fenomeni Nihal Candan səhhətinin pisləşməsi və bu səbəbdən cəzaçəkmə müəssisəsində müalicə ala bilmədiyi üçün azadlığa buraxılıb.


Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, cəzaçəkmə müəssisəsindən çıxan Nihal ilk dəfə "Kanal D"nin xəbərlər proqramına həbsdə olarkən başına gələnlərlə bağlı geniş müsahibə verib.
“Psixoloji cəhətdən çox çətin idi. İnsan ailəsi üçün darıxır. Mən şanslı idim ki, ailəmdən bir parça yanımda idi. Bir-birimizə dəstək olduq. Xəstəliyimlə bağlı çətinlik yaşadım. Polislərdən çox həkim gördüyüm bir dövr idi. İçəridə bufetimiz var idi, oradan alış-veriş edirdik, seriala baxırdıq, kitab oxuyurduq. Mənim heç vaxt sosial şəbəkələrdən pul qazanmaq fikrim olmamışdı. Əlbəttə səhvlərimiz oldu. Bundan əlavə uşaqlara pis örnək olmuşamsa da, üzr istəyirəm. Ailə olaraq dərdimiz Bahar azadlığa çıxanda bitəcək. Onu görməyə gedə bilməyəcəyəm, çünki fobiyam var”.
Qeyd edək ki, "İşte benim stilim" yarışması ilə məşhurlaşan Nihalın bacısı Bahar Candan isə hazırda həbsdədir.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin