İlkin Həsəni BOŞANDI

16:16 - 16 Yanvar 2024

İlkin Həsəni BOŞANDI

Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şəkildə boşanıblar.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ailəyə yaxın olan mənbə məlumat verib.

Onun sözlərinə görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu məsələni təxirə salıb.

Məsələ ilə bağlı sayt İlkin Həsəni ilə əlaqə saxlayıb. O, məlumatın həqiqətə uyğun olmadığını bildirib: “Boş söhbətdir. Yalan məlumatdır. Heç bir əsası yoxdur”. O, Aysellə bir-birini instaqramda izləmədən çıxarmaları haqda suala “sizə bir azdan zəng edəcəyəm” deyərək dəstəyi asıb və daha sonra nə zəng edib, nə də zəngləri açıb. 

Xatırladaq ki, bir müddət əvvəl də cütlüyün boşandığı deyilirdi, lakin sonra tərəflər bunu yalanlamışdı.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin