Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var

14:03 - 13 Yanvar 2024

Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var

Bakı-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü C. Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər 2 sərnişin - Emin Xudiyev və Nərmin Təhməzova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin