Candan bacılarının həbsi ilə bağlı yeni xəbər - Daha 6 nəfər saxlanıldı (VİDEO)

20:03 - 12 Yanvar 2024

Candan bacılarının həbsi ilə bağlı yeni xəbər - Daha 6 nəfər saxlanıldı (VİDEO)

Sosial media fenomenləri Nihal və Bahar Candan bacılarının həbs olunduğu əməliyyat çərçivəsində daha 6 nəfər saxlanılıb

 

Manset.az bu barədə CNN Turk-ə istinadən xəbər verir.

Həbs edilən şəxslərin istintaqının ardından Küçükçekmece Ədliyyəsinə göndərilən 6 nəfərdən 3-ü həbs edilib. İki nəfər barəsində məhkəmə nəzarəti barədə göstəriş verilib.

Təşkilata qarşı əməliyyatların ilk dalğası 2021-ci ildə həyata keçirilib. Əməliyyat zamanı 24 şübhəli həbs edilib. 2023-cü ilin may ayında eyni dəstəyə qarşı keçirilən əməliyyatın ikinci dalğasında 5 şübhəli həbs olunub.

Noyabr ayında şəbəkə başçısı ilə əlaqəsi olduğu iddia edilən sosial mediada nüfuz sahibi olan Nihal və Bahar Candan bacıları və Hacı İsrafil Sağlam məhkəmə tərəfindən həbs edilib. Dələduzluq edən dəstəyə qarşı keçirilən əməliyyatlarda bu günə qədər həbs olunan şübhəlilərin sayı 35-ə çatıb.

Jalə

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin