Ukraynadan BOYKOT HƏDƏSİ: Paris Olimpiadası...

08:17 - 11 Dekabr 2023

Ukraynadan BOYKOT HƏDƏSİ: Paris Olimpiadası...

Ukraynanın gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidnıy Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiyadan idmançıların qəbulu ilə bağlı qərarına görə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının boykot edilməsinin mümkünlüyünü açıqlayıb.

 

Manset.az  oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır.

Qeyd edək ki, dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarına 2024-cü il Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə icazə verib.

BOK bildirib ki, Rusiya idmançılarından Olimpiya Xartiyasına hörmət etmək öhdəliyinə dair iştirak şərtlərini imzalamaları tələb olunacaq. Öz növlərində vəsiqə qazana bilən rusiyalı idmançılar yarışa buraxılacaqlar.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin